“Barselona” prezidenti: "Messi ilə Neymar arasında problem olmayacaq"

“Barselona” prezidenti: "Messi ilə Neymar arasında problem olmayacaq" “Barselona” klubunun prezidenti Sandro Rassel Neymar və Messinin birgə eyni klubda oynamasına aydınlıq gətirib.


ANS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, klub prezidenti bu iki hücumçunun birgə komandanın böyük uğurlara imza ata biləcəklərini düşünür:


“Messidən yaxşı futbolçu yoxdur. O, klub tarixində ən yaxşı futbolçudur. Mənimçün də o, klubun tarixindən ən yaxşı oyunçudur. Düşünürəm ki, onunla Neymar arasında heç bir problem olmayacaq. Onlar mükəmməl oyunçular və böyük ürəyə malik insanlardır. Onlar birlikdə komandanın indiki uğurlarıyla irəliləməsinə kömək edəcəklər.”
Şərhlər
İdman bölməsinin xəbərləri