Bakı şəhərinin Avropa memarlıq irsi sərgisi

 



İnisiativ Kuratorlar Birliyi (ICU), Müasir İncəsənət Mərkəzi (MİM) və Azərbaycan Rəssamlar Klubu  (BRK) Fantazia mədəni irs festivalı çərçivəsində "Bakının Avropa Memarlıq İrsi" adlı  qrup fotosərgini təqdim edir ki, burada azərbaycanlı fotoqraflar öz obyektivlərində Bakının nadir tarixini nümayiş etdirirlər.

Azərbaycanda 20-ci əsrin əvvəlində ilk neft bumu baş verən zaman bütün Qərbi Avropadan memarlar paytaxt Bakı şəhərini genişləndirmək və gözəlləşdirmək məqsədilə şəhərin layihələndirilməsi prosesinə cəlb edilməyə başlandı. Beləliklə, bu cür tarixi bir dövrdə, Bakıda bir çox tikililər ucaldılmışdır ki, onların dizayn və inşaasında viktoriyan və qərb təsiri özünü qabarıq şəkildə göstərir. Əslində, Bakıda olan memarlıq irsi dörd fərqli ruha malikdir: orta əsrlərdə salınan daxili şəhər, başqa sözlə İçərişəhər, neftin ilk istismarı zamanı tikilən təntənəli binalar, sovet və müasir dövrə mənsub yasayış layihələri.  Bu kontekstdə, mütəmadi olaraq yerli və beynəlxalq fotoqrafların əksəriyyəti tarixin müxtəlif mərhələlərinin izlərini daşıyan keçmişi və bu günü fotoqrafiya vasitəsilə zəngin irsimizin bir hissəsi olaraq sənədləşdirmişdir. Burada, hər bir elementin unikal sənət əsəri olduğu möhtəşəm qotik və barokko stilindəki memarlıq tikililərinin 20 fotoşəkli təqdim olunur. Rüstəm Hüseynov, İlkin Kəngərli, Natalya Qaraxanova və Tofiq Rəşidovun fotoşəkilləri qərb üslublarının təntənəsinin Şərqin zərafətilə birləşdiyi Bakının Avropa memarlıq inciləri əsrlər boyu vəhdətdə mövcud olmuşdur. Bakıda zəngin memarlığın keçmişini vurğulayan fotoqraflar irs məsələlərinin əhəmiyyəti və keçmişdən qalan bu mirasın gələcək nəsillərə ötürülməsinin vacibliyini öz əsərlərində dilləndirirlər. "Bakı şəhərinin Avropa memarlıq irsi" adlı foto  layihəsi yerli əhalinin milli mədəni və memarlıq irsinin təbliği  və qorunub saxlanılması, həmçinin nümunələrə yeni nəslin diqqətini cəlb etmək və bu kimi məsələlərdə gənclərin rolunu artırmaq  məqsədilə təqdim olunur.

 

Sərgi Avropada Mədəni İrs İli münasibətilə, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin maliyyə dəstəyilə üzv ölkələrin səfirlikləri, xüsusilə də Fransa, Almaniya, Macarıstan, Hollandiya, Polşa və s. ilə keçirilir.  İlk “Fantazia” Festivalı Bakıda və Azərbaycanda mədəni irsin qorunmasının vacibliyini vurğulamağa xidmət edir.  Təşkilatı dəstək “United Cultures”-a mənsubdur. Festival 1-10 noyabr tarixlərində Bakıda keçirilir ki, bu çərçivədə beynəlxalq və yerli tanınmış mütəxəssislərin iştirakı ilə konsertlər, bələdçi turlar, seminarlar, film nümayişləri, sərgilər, incəsənət layihələri, müsabiqələr və müzakirələr daxil olmaqla müxtəlif tədbirlər təqvimi təqdim edilir.  
Festivalın bədii rəhbəri Könül Rəfiyevadır.

Sərgi İnisiativ Kuratorlar Birliyi (ICU),  Müasir İncəsənət mərkəzi (MİM) və Birləşmiş rəssamlar klubu tərəfindən təşkil olunur. Rəsmi tərəfdaşlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm İdarəsi Memarlar İttifaqı, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Yarat Müasir İncəsənət Məkan, elmi tərəfdaşlar isə Venesiyada yerləşən Ca 'Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

























 

Foto: Tofig Rashidov, Tofik Babayev
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri