Nazir yeni doğulan uşağa görə müavinət verilməsi təklifinə münasibət bildirib



Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

LIVE.az-ın report-a istinadən verdiyi xəbərə görə, o, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil.

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”, - nazir deyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri