Əhməd Davudoğlu: Əfqanıstanda əsir götürülmüş türklər özlərini yaxşı hiss edir

Əfqanıstanda taliblər tərəfindən əsir götürülmüş türk vətəndaşları özlərini yaxşı hiss edirlər. Bu barədə Anadolu agentliyi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya istinadən çərşənbə günü məlumat verir.

Ankara öz vətəndaşlarını xilas etmək üçün bütün var gücündən istifadə edir,- nazir əlavə edib.

Qeyd edək ki, dünən taliblər tərəfindən oğurlanmış Türkiyə vətəndaşları ölkənin Lohar əyalətində məcburi eniş edən helikopterin göyərtəsində olublar.
Şərhlər
Dünya bölməsinin xəbərləri