Yol polisi: Yollara 3000 kamera nəzarət edir

Yol polisi: Yollara 3000 kamera nəzarət edir Yol polisi Bakıda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istirahət yerlərində, çimərliklərə gedən və əks istiqamətdəki yollarda, eləcə də onlara bitişik yollarda nəzarəti gücləndirib.



Bu barədə ANS-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.



Onun sözlərinə görə, qeyd edilən yollarda avtomobilin sürətinin aşması, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən və yol polisinin qadağalarına məhəl qoymayan şəxlərə ciddi nəzarət olunacaq.



"Yollara 3000 kamera nəzarət edir. Qeydə alınmış hər bir qanun pozuntusu barəsində ciddi tədbirlər görüləcək. O, həmçinin qeyd etdi ki, ümumiyyətlə, nəinki sürücülər, hər bir vətəndaş yol hərəkəti qaydalarına əməl etməlidir ki, yol herekəti hadisələrinin qarşısı alınsın, insanlar bu cür hadisələrdə həlak olmasın”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri