Sevil-Sevinc Toliklə barışıblar?



Doqquz aydır ki, küsülü olan Sevil-Sevinc Səfərova və prodüser Tarix Əliyev (Tolik) barışıb.  


LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki,  əkizlər bu gün prodüserin aparıcılıq etdiyi “Hər şey daxil” proqramına qonaq olublar.

Tolik bacılarla ürəkdən barışdığını qeyd edib və onlar arasına yaranan gərginliyin sona çatdığını vurğulayıb.

Qeyd edək ki, cütlük arasında narazılıq dəfələrlə yaranmış, amma ən böyük qalmaqal bacıların əməkdar artist Röya Ayxana söz atdıqdan sonra daha da alovlanmışdı. Onların bu fikirlərinə Tolik sərt şəkildə reaksiya vermişdi.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri