Xatirə İslam və Günay İbrahimlinin də araları düzəlib
- 12.11.2018, 13:14,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şou-biznesin iki məşhur müğənnisi - Xatirə İslamla Günay İbrahimli arasında baş verən gərginlik səngiməyə başlayıb.
LİVE.Az qafqazinfo-ya istinadən xəbər verir ki, altı ay əvvəl yaranan küsülülük barışıqla əvəzlənib. Belə ki, ötən gün hər iki ifaçı Bakıda tədbirə qatılıblar.
Məclisi idarə edən X. İslamla qonaq olan müğənni salamlaşıb, hətta Günyala Xatirə şəkil çəkdirərək İnstaqram-da paylaşıblar.
Xatirə fotoya "Gözəlim, sənin xınanı tezliklə özüm yaxacam" şərhini verib, Günay isə "Özü və səsi gözəl olan Xatirə İslam" rəyini yazıb.
Qeyd edək ki, qalmaqal Xatirənin "ATV maqazin onlarla" proqramında Günayla bağlı açıqlamasından sonra başlamışdı. Xatirə Günayın özünün yox, köməkçisinin ona zəng vurduğuna görə əsəbiləşdiyini qeyd etmişdi. G. İbrahimli isə zəngdən xəbərinin olmadığını bildirmişdi.