ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı müğənni Elnarə Xəlilova olub.
İfaçı həyat yoldaşına olan sevgisindən ağız dolusu danışıb:
“Psixoloqlar da deyir ki, cütlüklər 4 ildən bir ayrılıq böhranı yaşayır. Böhranda ya ayrılırlar, ya da növbəti mərhələyə keçirlər. Artıq yoldaşımla 12 ildir ki, birlikdəyik. Bir igidin ömrüdür. Mən utanmayacam bu sözü deməyə, o mənim bu dəqiqə hər şeyimdir. Mənim üçün Allahdan sonra birinci yerdə odur. O mənim həm anam, həm atam, həm də balamdır”.