Xatirə İslam: “Əyləşəndə sinə qabağa gəlir...”

 


“Mən estrada ilə yanaşı milli musiqi, muğam da ifa edirəm. İnsanlar məni belə geyimdə qəbul etmək istəmirlər. Bunu normal qarşılayıram, öyrəşməyiblər”.  

 

LİVE.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam qafqazinfo-ya açıqlamasında bildirib. Sənətçi “5-də 5” verilişində qonaq olarkən dekolteli geyimini sosial şəbəkələrdə tənqid edənlərə cavab verib:


“Mən də insanam, maraqlı modeldə paltarlar geyinmək istəyirəm. Onsuz da dolu bir xanımam, istədiyim modeldə paltarı geyinə bilmirəm. Heç olmasa yaraşan nəyisə istifadə edim. Uzun bir libas idi, amma sinəm açıq idi. Siz inanın ki, hələ paltarın sinəsinə broş vurmuşdum. Əslində geyimin modeli tamam fərlqi idi. Əyləşəndə sinə qabağa gəlir. Ona görə mikrofonla gizlətməyə çalışdım. Əsas sənətdir, ifadır, repertuardır. Geyim ikinci sıradadır”.


 


 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri