BMT Yəmənə 702 milyon dollar həcmində yardım göstərəcək

BMT Yəmənə 702 milyon dollar həcmində humanitar yardım göstərəcək.


APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, bu vəsait ölkədə təmiz suya, qidaya, tibbi yardıma möhtac olan 7 milyondan çox yəmənliyə yönələcək.


BMT-nin hesablamalarına əsasən ölkədə aclıqdan və susuzluqdan əziyyət çəkən hələ 13 milyon nəfər var, uşaq ölümünün səviyyəsi isə yüksək olaraq qalır. Hazırda yardım planının maliyyələşdirilməsinin 38 faizi tamamlanıb. Yəmən rəsmiləri bildirirlər ki, ölkədə və regionda humanitar böhranlara dünya ictimaiyyəti tərəfindən cəld reaksiya verilməməsi, yardıma möhtac olan insanlara vaxtında kömək göstərilməsini ləngidir.
Şərhlər
Dünya bölməsinin xəbərləri