Akademik Milli Dram Teatrı bu il 11 tamaşa təhvil verib

Akademik Milli Dram Teatrında teatr mövsümünün yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında teatrın direktoru İsrafil İsrafilov teatr mövsümü ərzində səhnəyə qoyulan tamaşalardan, görülən işlərdən danışıb. İsrafil İsrafilov bildirib ki, ötən mövsümdə teatr 6-sı dövlət sifarişi, 3-ü teatrın daxili imkanları hesabına, 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 11 tamaşa təhvil verib. Bunlar “Şah və şair”, “Şah Qacar”, “Qatil”, “Şorgöz deputat” və s. tamaşalardır.

Direktor repertuar tərtibi ilə bağlı deyib ki, teatrda klassik və modern tərzdə olmaqla müxtəlif tamaşalar oynanılıb. Gənc aktyorların, rəssamların və rejissorların teatra cəlb olunması, teatrın yaradıcı işinin daha da təkmilləşdirilməsi üçün işlər aparılır.

Tamaşaçılar yeni mövsümdə Akademik Milli Dram Teatrının səhnəsində dövlət sifarişi ilə hazırlanacaq “Əmir Teymur”, “Milyonçular şəhəri”, “Qoca kloun axtarılır” “Asi”, teatrın daxili imkanları hesabına “Şəhərdə manyak var” və s. tamaşalara baxa biləcəklər.

Xatırladaq ki, Akademik Milli Dram Teatrı teatr mövsümünə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə yekun vurub.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri