Xəzəryanı ölkələr arasında dairəvi kruiz marşrutunun yaradılması məsələsi müzakirə olunub
- 17.11.2018, 13:39,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.
LİVE.az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “Report”a verilən məlumatda bildirilir ki, səfiri limanla tanış edən Bakı Limanının Baş direktorunun müavini Məftun Abbasov deyib ki, geniş iqtisadi və ticarət əlaqələri olan Azərbaycan yeni Bakı limanı istifadəyə verildikdən sonra regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.
Bakı Limanının mühüm nəqliyyat dəhlizində yerləşməsi ona zəngin tranzit potensialı yaratmasına eyni zamanda strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verir.
Səfir bildirib ki, müasir tələblərə cavab verən və işlərin əksər hissəsinin avtomatlaşdırıldığı yeni Bakı Limanı bir çox qlobal istehsalat və logistika şirkətlərinin maraq göstərdiyi məkana çevriləcək. Eyni zamanda görüş zamanı Xəzəryanı ölkələr arasında dairəvi kruiz marşrutunun yaradılması məsələsi də müzakirə olunub.