“Trend of the year 2018” mükafatlandırma gecəsi olacaq

  


"İlin Trendi" Mükafatı il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunacaq. 
 

Live.az xəbər verir ki, İl ərzində sosial şəbəkələrdə və media üzərindən müşahidələrə görə, İlin Trendi hesab edilən namizədlər sorğuda iştirak edəcəklər. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq.
 

İncəsənət, Biznes, Şirkət, Moda, Dizayner, Blogger, Müğənni, Aparıcı, Media, Jurnalist, Fotoqraf, Film, Aktyor, Şair, İdmançı, Stilist, Makeup artist , Model, Dancer, Musiqi, Turizm , Həkim , Kosmetoloq, Psixoloq və s. Son nəticə və mükafatın təqdim olunması səs vermə, yekun sorğular əsasında müəyyənləşəcək.
 

Qeyd edək ki, təqdimat mərasimi Caspian Events Group -un təşkilatçılığı ilə 17 dekabr, 19:00 tarixində Flame Towers - Park Cinema IMAX - da baş tutacaq.


Layihənin informasiya dəstəyiçilərindən biri - LİVE.az-dır.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri