Şəhriyar Məmmədyarov Pekində keçirilən şahmat üzrə Qran-Pri yarışının qalibi olub
- 16.07.2013, 14:28,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəhriyar Məmmədyarov Pekində keçirilən şahmat üzrə Qran-Pri yarışının qalibi olub.
APA-nın məlumatına görə, son turda Boris Gelfandla xalları bölüşən qrossmeysterimiz ikinci yeri tutan Aleksandr Qrişşuku yarım xal qabaqlayaraq Qran-Pri mükafatını qazanıb. 11 görüşdən 5-də qalib gələn həmyerlimiz 7 xal toplayaraq dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut edib.
Xatırladaq ki, Məmmədyarov son bir ayda qatıldığı 4 superturnirin 3-də qalib olub və dünya reytinqində böyük sıçrayış edərək hazırkı dünya çempionu Vişvanatan Ananddan 0.7 xal geri qalır.