“Əvvəl sevmək daha gözəl idi. Bəlkə də, indi qocalmışam. Fikirləşirsən ki, oğlan gedib başqa yerdə nələrsə danışar. Sonra görürsən ki, heç kim qalmayıb”.
Bu sözləri əməkdar artist Röya Ayxan “Show News”a açıqlamasında bildirib. Müğənni klip çəkdirdiyi “Problemdir sevgimiz” mahnısını həyat yoldaşı Anar Cəlilovdan ayrıldığı dövrdə yazıldığını qeyd edib:
“İnsan həyatındakı insandan ayrılır və düşünür ki, dedi-qodulara son qoymaq üçün çıxıb nə açıqlama versin. Bu, böyük bir problemdir. Həyat yoldaşım ilə ayrıldığımız dövrdə belə qərara gəldik ki, boşanmaq üçün birinci mən müraciət edim. Kişi müraciət etsə, daha çox söz-söhbət yarana bilər. Görün, necə yaşayırıq, insanlar sakit boşana da bilmir. Yəni, mahnı mənim üçün çox təsirlidir”.