Nazir partlayış baş verən binada




Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib.


 K. Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

"Səhər saat 5-də partlayışla bağlı məlumat daxil olub. İlkin ehtimala görə, 2 ci mərtəbədəki mənzildə qaz sızmasından sonra partlayış baş verib".

Bu barədə REAL-a  Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, hadisə nəticəsində 3 nəfər həlak olub.






Şərhlər
Sosial bölməsinin xəbərləri