Cennifer Lopez azərbaycanlı dizaynerin kolleksiyasından geyindi


Dünyaca məşhur amerikalı müğənni Cennifer Lopez azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından geyinib.


LİVE.az xəbər verir ki, Ceylo dizaynerin 2019-cu il yaz-yay idman kolleksiyasında görüntülənib.




Xatırladaq ki, bir müddət öncə digər dünya ulduzu Beyons Rüfət İsmayılın kolleksiyasına müraciət edib.


Dizayner Beyonsun geyindiyi qara idman dəstinin onun 2018-ci il kolleksiyasına aid olduğunu bildirib.




 Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Ötən aylarda Nyu-York Moda Həftəsində onun geyimləri nümayiş olunmuşdu.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri