Azərbaycanda 10 mindən çox işçi səs-küylü, 11 mindən çoxu isə tozlu şəraitdə işləyir
- 21.11.2018, 17:04,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı artıb.
Trend-in məlumatına görə, 2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158, 2017-cı ildə isə 21 042 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 517 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.
2017-cı ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir.
Ötən il sənaye sahəsində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin 6438-i səs-küyün çox olduğu şəraitdə, 1816-sı titrəyişin çox olduğu şəraitdə, 8836-sı havanın tozlu və qazlı olduğu şəraitdə çalışıb. Sənayedə işləyənlərin 5481-i ağır fiziki əməklə məşğul olub, 790-ı isə təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqlarda işləyib.
Ümumilikdə 2016-cı ildə iqtisadi fəaliyyət növləri üzrə əlverişsiz əmək şəraitində işləyənlərin 11 537-si, 2017-ci ildə 10 897-si səsin-küyün çox olduğu, 2016-cı ildə 13 400 nəfər, 2017-ci ildə isə 11 664 nəfər havanın tozlu və qazlı olduğu şəraitdə çalışıb.