“Avro 2020”nin seçmə mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib




UEFA futbol üzrə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma mərasimi üçün səbətlərdə yer alan komandaları açıqlayıb.

LİVE.az UEFA-nın saytına istinadla xəbər verir ki, komandalar altı səbətə bölünüblər. Azərbaycan yığma komandası beşinci səbətdə yer alıb. UEFA Millətlər Liqasının “A” liqasındakı dörd qrupun hər birinin qalibləri olan Hollandiya, İsveçrə, Portuqaliya və İngiltərə milliləri isə çempionatın final mərhələsinə vəsiqəni artıq təmin ediblər.

1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa;

2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya;

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail;

4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan;

5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer Adaları;

6-cı səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.

Komandalar səbətlərdə UEFA Millətlər Liqasındakı çıxışlarına görə topladıqları xallara əsasən yer alıblar.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyinə həsr olunan növbəti qitə birinciliyinin final mərhələsinin oyunları 12 ölkədə keçiriləcək. Çempionatın bir qrupunun görüşləri və dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri