Müğənni Nazənini efirdə ağladan səbəb [Video]



Müğənni Nazənin “Hər şey daxil” verilişinin qonağı olub.


LIVE.az-ın məlumatına görə, ifaçı verilişdə bir müddət öncə dünyasını dəyişmiş qardaşı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib: “Qardaşım cəza evindən çıxandan 3 il sonra dünyasını dəyişdi. Övladlarımın yeməyini vermədən öncə onun  yeməyini göndərirdim. Bilənlər bilir ki, mən qardaşıma necə baxmışam. O mənim son beşik qardaşımdır. Anam dünyasını dəyişəndə onu mənə tapşırmışdı. O uşaqlıqdan bizdə böyüyüb. Ailə qurandan sonra da bizimlə yaşadı. Onun heçnəyə ehtiyacı olmayıb. Atamın ocağında o yaşayırdı. Hətta cəza evindən çıxandan sonra ata yurdumuzu tanımadı. Onun üçün hər şərait qurmuşdum. Azadlığa çıxanda məni qucaqladı və bir söz dedi. Axır vaxtlar mənim barəmdə gedən söz-söhbətlərə o çox əsəbiləşirdi. Ona görə də mən bəzən anlaşılmazlıq olur”.


İfaçı bildirib ki, müğənnilik sənətinə gəldiyi üçün bir neçə il qardaşları onu danışdırmayıblar: “Qardaşlarım mənim üçün müqəddəsdir. Heç bir zaman onların başını aşağı etməmişəm. Müğənni olduğum üçün bir qardaşım 9, digər qardaşım 12 il məni danışdırmadı. Amma indi mənlə fəxr edirlər. Onlar ağıllarına gətirməzdilər ki, qardaşlarımın arxasında mən dura bilərəm. Ona görə də mən icazə vermərəm ki, kimsə mənim ailəmə dil uzatsın”.


Verilişin sonunda şəhər əhalisindən müğənni Nazəninlə bağlı sorğu keçirirlib. Tamaşaçıların hər biri ifaçını bəyəndiklərini deyiblər. Həmin anı əks etdirən video veriliş zamanı təqdim edilib.

 ​https://www.facebook.com/bizimshow.az/videos/363912297764791/​​​

Yalçın Uğur

Şərhlər
Sosial bölməsinin xəbərləri