Evindən oğurluq edərək polisə xəbər verən Sumqayıt sakini saxlanıb

Öz evindən oğurluq edən Sumqayıt sakini tutulub.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüsal Kamil oğlu Ağayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək evindən həyat yoldaşının 2000 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.


Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini V. Ağayevin özünün törətdiyi müəyyənləşib. V. Ağayev saxlanıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri