«Azerspace-1» layihəsi üçün cəlb olunan kredit vaxtından əvvəl qaytarılacaq

«Azerspace-1» layihəsi üçün cəlb olunan kredit vaxtından əvvəl qaytarılacaq Azərbaycanın ilk telekommunikasiya peyki - «Azerspace-1»-in orbitə çıxarılması layihəsinin rentabelliyini təmin etmək üçün bütün hesablamalar layihə mərhələlərində aparılıb.


Layihənin dəyəri yerüstü stansiya ilə birlikdə 230 mln. ABŞ dolları təşkil edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, layihənin 15 il müddətində gəlirlərinin təxminən 600 mln. dollardan çox olması planlaşdırılır.


«Artıq may ayında peyk 4,2 mln. dollar qazandırıb və kreditlərin ödənilməsinə başlanılıb. Kredit Azərbaycana 10 il müddətinə verilsə də, onun artıq 7 il ərzində qaytarılması mümkün olacaq. Hesab edirəm ki, layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb və hazırda danışıqlar aparılır ki, ilin sonuna kimi 70-80%-ə çıxa bilək», - deyə Ə.Abbasov bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri