Zamiq və Xose birgə klip təqdim edəcəklər


Müğənni Zamiq Hüseynov “Özü bilər” adlı klipinin kadrarxası görüntülərini təqdim edib.


LİVE.az xəbər verir ki, “backstage” videosunda ekran işində məşhur reper Elşad Xosenin də rol aldığı məlum olub.

Belə ki, Xose uzun illər sonra Hüseynovla duet ortağı olmaq qərarına gəlib. Böyük komandanın cəlb olunduğu ekran işində Zamiq “bomj”, Xose isə sürücü obrazında kamera qarşısına keçib.


Layihəni Şahin Qurbanov ekranlaşdırıb.  Bu məqamda bildirək ki, bu, Şahinin rejissor olaraq ilk işidir. Bundan əlavə, klipin prodüseri Azər Kərimovdur.

“Özü bilər”in tezliklə təqdim olunacağı da qeyd olunub.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri