Nigar Camal: "Öyrəşmisiniz ağlayan bayquşları görməyə"




Müğənni Nigar Camal sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.


İfaçı rəqqasə Oksana Rəsulova, aparıcılar Afaq Gəncəli və Günay Baxşəliyeva ilə olan fotolarına yazılanları qınayıb:


"Ciddi danışırsan, yazırlar ki, özündən razıdırlar. Gülüb danışırsan, yenə də narazıdırlar. Yazırlar sünidilər və başqa. Paltar geyinirsən mütləq bir səhv axtarıb tapırlar və ona yapışırlar. İngiliscə bir söz deyəndə normal qarşılayırlar, rus dilində bir söz dedin, vəssalam... Hərə bir söz deyir. Amma çoxu istəyir ki, onların uşaqları rus dilini də bilsinlər.


Nə vaxtsa, nədənsə razı qalacaqsınız? Bu qədər neqativ və nifrəti hardan almısınız? Bəyənmirsinizsə, baxmayın, kefinizi pozmayın. Sevmirsizsə, izləməyin.


Oksana kökəlib? Arıqlayacaq da. Ana olandan sonra ilk ayda ideal bədənə sahib oldunuz? Afaqı xoşlamırsız? Niyə o, həyatda sevinməməlidir? Öyrəşmisiniz ağlayan bayquşları görməyə. Qəmdən heç kim ölmür. Günay sizi nə ilə qane etmədi? Mehribanlığı və pozitivliyi ilə?".


   
Şərhlər
Sosial bölməsinin xəbərləri