Banqladeşdə 8 mərtəbəli bina çöküb, ölənlər var

Banqladeşin paytaxtı Dakka şəhərinin kənarında 8 mərtəbəli bina çöküb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, dağıntılar altından hələlik 3 nəfərin cəsədi çıxarılıb.

Tekstil fabriki, bank və bir çox mağazanın olduğu bina yerli vaxtla saat 09.00-da çöküb və içəridəki insanlar dağıntılar altında qalıb. Xilasedicilər 2-si qadın olan 3 nəfərin meyitini çıxara biliblər. Xilasetmə əməliyyatında əsgərlər də iştirak edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri