Bu il zorakılıq nəticəsində 112 qadın ölüb, onların 11-i azyaşlı olub



Son 5 ilin statistikasına görə, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin dinamikası azalıb.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib.

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində respublikada qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı respublikada baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təşkil edir. Ümumilikdə bu il yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır".

Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb.



Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri