Dünən “Junior Eurovision” mahnı müsabiqəsinin finalı keçilib.
LİVE.az xəbər verir ki, 20 ölkə nümayəndəsi qalibiyyət uğrunda mübarizə aparsa da, birinci Polşa təmsilçisi Roksana Wegiel “Anyone I Want To Be” mahnısı ilə olub.
O, onlayn səsvermədə 217 xal toplayıb.
Həmyerlimiz Fidan Hüseynovna da “Mins Arena”da səhnəyə çıxaraq “I Wanna Be Like You” mahnısını canlı olaraq ifa edib.
Onu səhnədə dörd rəqqasə müşayiət edib. Fidan 47 səs toplayaraq 16-cı yerdə qərarlaşıb.