Sıla Bakıda yarım milyondan çox pul qazanacaq


Türkiyədə konsertlərdən ən çox gəlir əldə edən məşhurların adları açıqlanıb.  “Qafqazinfo” xəbər verir ki, siyahıda birinci Sıla Gencoğludur.

Onun yay aylarında səs texnikası daxil olmaqla bir konsert üçün 250 min TL pul aldığı qeyd olunub. Sıla Sibel Can və Ebru Gündeşi (150 min TL) keçərək liderliyi ələ alıb.


Bundan əlavə, sənətçi xaricdə səhnəyə çıxmaq üçün isə ikiqat qonorar tələb edir. Bu məqamda bildirək ki, pop ulduz dekabrın 29-da Bakı Konqres Mərkəzində konsert verəcək.

Əldə etdiyimiz məlumata görə, Sıla Bakıdakı konsertinə görə təxminən 130 min dollara yaxın (yarım milyondan çox türk lirəsi ) məvacib tələb edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri