Bu ay Bakıda 7 nəfəri ilan sancıb
- 16.07.2013, 14:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ay Bakıda 7 nəfəri ilan sancıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, ilan sancan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib. Baş həkimin müavini qeyd edib ki, bu günə kimi 14 ilan sancma faktı qeydə alınıb. İlan sancma hadisələri daha çox Bakı ətrafı qəsəbələrdə baş verib.
O. Şahmalıyev qeyd edib ki, paytaxtda havaların istiləşməsi nəticəsində həşəratların insanları sancması hallarında artım qeydə alınıb: “Bu ay ərzində 14 həşərat sancma hadisəsi baş verib. Ümumilikdə isə bu günə kimi 33 nəfəri həşərat sancıb”.