“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin növbəti oyununda “Sportinq”a məğlub olub


Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” futbol klubu Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaq komandanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sportinq”in heyətində Bas Dost (5-ci dəqiqə, penalti), Bruno Fernandes (20 və 75-ci dəqiqələr), Nani (33-cü dəqiqə), Abdulay Diabi (65 və 82-ci dəqiqələr) fərqləniblər.

“Qarabağ”ın yeganə qolunu isə 14-cü dəqiqədə Abdullah Zubir vurub.


Avropa Liqası, Qrup mərhələsi, V tur

29 noyabr

21:55. "Qarabağ” – "Sportinq” - 1:6

Qollar: Abdullah Zubir, 14 - Bas Dost, 5 (pen.). Brunu Fernandeş, 20; 75. Luiş Nani, 33. Abdulay Diabi, 65; 81

Baş hakim: Petr Ardelyanu

Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş

Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek

Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)

Bakı Olimpiya Stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri