Ölkədə konyak və şərab istehsalı artıb



Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bir sıra məhsulların istehsalı artıb.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkədə tütün məmulatlarının istehsalında 2,5 dəfə, içki istehsalında 10,6 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.

Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı 16,6 faiz azalıb.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda şərab və alkoqollu içkilərin minumum qiymətlərinin müəyyənləşdirilməsini təklif edib:

“Bizim gözəl şərab zavodlarımız var. Onların mütəxəssisləri deyirlər ki, bizdə maya dəyəri 5-6 manata başa gələn şərabı şadlıq evlərində bizim markanın adı altında 3 manata qoyurlar. Həmin şərablar da şadlıq evlərinin zirzəmisində hazırlanıb. Bu mənada onlara minimum qiymət, maya dəyərindən yuxarı qiymət qoyulmalıdır ki, həmin zavodlar da öz məhsullarını sata bilsinlər. Bu qiymət müəyyənləşərsə, büdcəyə də vergi ayırmaları artar”.
Şərhlər
İdman bölməsinin xəbərləri