Zamiq və Xose birgə klip çəkiblər


Müğənni Zamiq Hüseynov gözlənilən “Özü bilər” adlı yeni klipini təqdim edib.


LİVE.az xəbər verir ki,  üç gündür MTV Azərbaycan kanalında yayımlanan layihə bu gün sənətçinin “Youtube” səhifəsinə yerləşdirilib.


Zamiq sözləri və musiqisi MC Murada məxsus mahnını reper Elşad Xose ilə duet şəklində ifa edib. Sənətçinin müzakirələrə səbəb olan layihəsinin rejissoru Şahin Qurbanovdur.



Zamiq bir neçə həftədir ki, danışılan obrazından söhbət açıb.  O, klipdə “bomj” yox, küçə musiqiçisini canlandırdığını qeyd edib:



“Dünyanın müxtəlif ölkələrində küçə musiqiçisi ilə məşğul olanlar var. Hansı ki, həmin şəxslər arasında populyar olanlar,hətta albomları belə satışda olanlar var. Mənim də canlandırdığım küçə musiqiçisi kənardan baxımsız, kasıb obraz kimi görsənsədə, lakin həyata bağlı, musiqi ilə yaşayan,öz görünüşündən, sürdüyü həyatdan razı və xoşbəxt bir obrazıdır.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri