Siqaretin reklamı tamamilə qadağan edildi və eyni qablaşdırmada satılacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.

Yeni qanuna əsasən Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir.

Həmçinin tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur.

Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.

Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.


Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri