İsveçrə Azərbaycana 30 milyon dollara yaxın yardım ayırdı
- 16.07.2013, 18:38,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsveçrə hökuməti Cənubi Qafqaz regionunun üç ölkəsinə dörd il ərzində (2013-2016-cı illər) 111 milyon dollar dəyərində yardım ayırıb. Bu barədə Trend-ə İsveçrənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Məlumatda deyilir ki, ölkənin İnkişaf və Əməkdaşlıq Agentliyi və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən Azərbaycana 29 milyon, Ermənistana 29 milyon və Gürcüstana 41 milyon dollar ayırıb.
Sözügedən yardım Cənubi Qafqaz ölkələrinə iqtisadi inkişaf, məşğulluq, idarəetmə və ictimai xidmətlər, insan təhlükəsizliyi və müdafiəsi sahələri üzrə ayrılıb.