Bir neçə gündür müzakirələrə səbəb olan, sosial şəbəkələrdə ərinə xəyanət elədiyinə görə saçının qırxılması videosu yayılan qadının anası "XəzərXəbər”ə danışıb. O bildirib ki, qızını əri evindən Mingəçevirə gətirəndən sonra bu məsələdən xəbəri olub. Qızı ilə bağlı videoları isə sosial şəbəkələrdə görüb. Bəs görəsən gənc qadının başına gələn bu hadisənin səbəbi həqiqətənmi xəyanətdir?
Sosial şəbəkələrdə paylaşılan videodaəri tərəfindən saçları qırxılan gənc qadının anası qızının başına gələnlərdən danışdı.
Məlum olub ki,24 yaşlı Günel Mirəliyevahazırda Rusiyavətəndaşı olan Elnur Həsənov ilə 2013-cü ilin aprel ayında ailə həyatı qurub.Bu Elnurun 2-ci evliliyi olub,Həm də onlar qohum olublar.Saçları qırxılan gənc qadının anası Xalidə Malışova deyir ki,onlar ailə həyatı qurandan yola getməyiblər.
2015 ildən bəri günel Mingəçevirdə atası evində qalırmış.bu ilin sentyabrında yenidən həyat yoldaşı onu rusiyaya aparıb.Bir müddət sonra isə xəyanətə görə əri və onun ailə üzvləri tərəfindən saçları qırxılıb.Sonra isə anasına xəbər verilərək qızını aparmalarını istəyiblər.
Xalidə Malışova bildirir ki,belə hadisədən Günelin valideynlərininxəbəri olmayıb.Qızını Mingəçevirə gətirəndən sonra biliblər.Videonu da oğlan ailəsi bilərəkdən yayıb.
Qadının anası, Xalidə Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə Elnur Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır..