Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”



“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əmək haqlarının "kölgə"dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”.

LİVE.az Report-a istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük  məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, - M.Cabbarov vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri