Dəb mənəm: "Mən sevgilimlə görüşə bu "vid"də getmərəm.."



ATV-də yayımlanan "Dəb mənəm" verilişində yarışmaçılar arasında gərgin anlar yaşanıb.

İştirakçı Zarina həmkarı Aysunu kəskin tənqid edib:


"Əgər sən sevgilinlə bir film təqdimatına gedirsənsə, orada çox ledi kimi görünməlisən, çünki orada sevgilinin tanışları, dostları ola bilər. Mən belə "vid"də heç vaxt sevgilimin yanına getmərəm. Qıraqdan deməsinlər ki, bunun sevgilisinə bax. Sənə sadəcə olaraq deyirəm ki, sən çox zövqsüz qadınsan".


Aysu isə Zarinaya belə cavab verib: "Bura gözəllik yarışması deyil. Özünü gözəl hesab edirsənsə, bunu mən çıxanda demə. Başqalarına başqa cür danışırsan, mən çıxanda başqa cür. Mənimlə nə problemin var sənin?".




    azxeber
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri