Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib



Çinin Xarici İşlər Nazirliyi Kanadadan dələduzluq ittihamı irəli sürülən "Huawei"in maliyyə direktoru Men Vançjounun dərhal azad olunmasını tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Reuters" məlumat yayıb.

Pekin Kanadanı şərtlərinə əməl olunmayacağı təqdirdə onun nəticələri ilə hədələyib. Ölkənin XİN rəhbərinin müavini Li Szinçjan Kanadanın Çindəki səfirinə "Huawei"in maliyyə direktorunun həbsi ilə bağlı "qəti etiraz" ifadə etmək çağırışı ilə xəbərdarlıq göndərib.

46 yaşlı Men Vançjou dekabrın 1-də Vankuver hava limanında Kanadanın hüquq-mühafizə orqanların tərəfindən saxlanılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri