Libertadores Kubokunu bu dəfə “River Pleyt” qazandı
- 10.12.2018, 16:11,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Argentinanın “River Pleyt” futbol klubu Libertadores Kubokunu qazanıb. Final oyununda “River Pleyt”in rəqibi “Boka Xuniors” komandası olub.
Trend-in məlumatına görə, Kubok uğrunda final oyunu İspaniyada “Santiaqo Bernabeu” stadionunda keçirilib. Qeyd edək ki, komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.
Matçda hesabı “Boka Xuniors” açıb, 29-cu dəqiqədə Dario Benedetto fərqlənib.
Qolun cavabı yalnız ikinci hissədə gəlib: Luklas Pratto 69-cu dəqiqədə hesaba tarazlıq gətirib. Oyun heç-heçə bitdiyinə görə, qalib əlavə vaxtda müəyyənləşməli olub.
Əlavə vaxtın ilk dəqiqələrində “Boka Xuniors”un işi çətinləşib, hakim Vilmar Barriosa ikinci sarı kartı göstərərək onu meydandan qovub.
Onunun 109-cu dəqiqəsində Xuan Kintero “River Pleyt”i hesabda önə çıxarıb. Nəyahət, əlavə olunmuş vaxtın son dəqiqəsində oyunda son nöqtə qoyulub: Qonzalo Martinez “Boka Xuniors”un boş qapısına qol vuraraq, komandanın son ümidlərini puç edib 3:1.
Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. O, rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır. Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilib.