Elçin Əlibəyli: Bu feodal düşüncəli tipi kim tutub gətirib?

  

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində jurnalist Mirismayıl Xələflinin 7-ci sinifdə oxuyan qızla evlənməsi barədə danışılanlar cəmiyyətdə rezonans doğurub.

Proqramda qonaq qismində çıxış edən jurnalist xanım qarşı tərəfin bu fikirləri qarşısında “bu pedofillikdir” deməkdən belə çəkinməyib.

Aparıcı Elçin Əlibəylinin deyilənlərə reaksiyası isə kəskin olub. O proqrama dəvət etdiyi digər qonaqlara, xüsusən təhsil eksperti Kamran Əsədova üz tutaraq, “Siz nə zaman ziyalı olduğunuzu sübut edəcəksiniz? Niyə susursunuz? Niyə həmişə mən danışmalıyam, hər kəs də məni qonaqlarımla kobud davranmaqda ittiham etməlidir? Mən indi  əsəblərimi cilovlaya bilmirəm. Bu feodal düşüncəli tipi bura kim tapıb gətirib?”, - deyərək sərt mövqe nümayiş etdirib.





Oxu.Az
Şərhlər
Sosial bölməsinin xəbərləri