"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb


Azərbaycanın "Qarabağ" futbol komandası çarter reysi ilə Britaniyanın "Luton" hava limanına eniş edib.

LIVE.az report-a istinad'n verdiyi xəbərə görə, komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23:30-da adıçəkilən hava limanında dayanıb.

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İngiltərənin "Arsenal" komandası ilə görüşəcək.

Londondakı "Emirates" stadionunda keçiriləcək matç dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00 da start götürəcək. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.





Şərhlər
İdman bölməsinin xəbərləri