Qaradağda dənizdə batmış şəxsin axtarışlarına başlanılıb

Bakıda dənizdə 25-30 yaşlarında bir nəfər batıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 25-30 yaşlarında olan bir nəfərin batması barədə məlumat daxil olub.


FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri