Avroliqa: “Arsenal” - “Qarabağ” matçı başa çatıb
- 14.12.2018, 12:07,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Sonuncu turun “Arsenal” - “Qarabağ” matçıda başa çatıb.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 16-cı dəqiqəsində Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.
E qrupunun digər matçında isə “Sportinq” öz meydanında “Vorskla”ya 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Vorskla” ilə eyni xallara malik olmasına baxmayaraq, “Qarabağ” qrupda sonuncu yer tutub. Qrupdan “Arsenal” və “Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıb.