Bakıda bir avtomobilin digərinə yol verməməsi qəzaya səbəb oldu
- 15.12.2018, 12:20,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.
Trend-in məlumatına görə, hadisə bu gün səhər 08:45 radələrinə Mehdi Hüseynzadə parkının yaxınlığında qeydə alınıb.
Qəza Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomobilin Tbilisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən yaranıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.