Kommunal xidmətlərin elektron ödənişi sahəsindəki vəziyyət açıqlanıb


"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsində birinci yerdədir.

 Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu sahədə xidmətlərini daha da təkmilləşdirir:

"Hazırda "Azərişıq" ASC-nin Android və İOS platformalarında işləyən mobil əlavəsinin təkmilləşdirilməsi işləri gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə etmək imkanı qazanacaqlar. Həmçinin yenilənmiş əlavə daha çox funksional olacaq".


Trend 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri