UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vuran 24 komandanın və yarışa Çempionlar Liqasında qrup üçüncüsü olmaqla qoşulan 8 kollektivin rəqibəri bəlli olub.
Türkiyə təmsilçilərindən "Fənərbağça" Rusiya "Zenit"i ilə, "Qalatasaray" isə Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.
"Viktoriya” (Plzen, Çexiya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Brügge” (Belçika) - "Zaltsburq” (Avstriya)
"Rapid” (Avstriya) - "İnter” (İtaliya)
"Slaviya” (Praqa, Çexiya) - "Genk” (Belçika)
"Krasnodar” (Rusiya) - "Bayer” (Almaniya)
"Sürix” (İsveçrə) - "Napoli” (İtaliya)
"Malmö” (İsveç) - "Çelsi” (İngiltərə)
"Şaxtyor” (Ukrayna) - "Ayntraxt” (Almaniya)
"Seltik” (Şotlandiya) - "Valensiya” (İspaniya)
"Renn” (Fransa) - "Betis” (İspaniya)
"Olimpiakos” (Yunanıstan) - "Dinamo” (Kiyev, Ukrayna)
"Latsio” (İtaliya) - "Sevilya” (İspaniya)
"Fənərbaxça” (Türkiyə) - "Zenit” (Rusiya)
"Sportinq” (Portuqaliya) - "Vilyarreal” (İspaniya)
BATE (Belarus) - "Arsenal” (İngiltərə)
"Qalatasaray” (Türkiyə) - "Benfika” (Portuqaliya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
///
Bu gün futbol üzrə Avropa Liqasında 1/6 final mərhələsinin püşkü atılacaq.Püşkatmaya ümumilikdə 32 klub - Avroliqanın qrup mərhələsində ilk iki yeri tutan, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olan “Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Napoli” (İtaliya), “Valensiya” (İspaniya), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna) və “Viktoriya” (Plzen, Çexiya) klublarının rəqibləri müəyyənləşəcək.
Püşkatma proseduruna əsasən, komandalar iki səbətə bölünüb. Avropa Liqasında qrup qalibi olan 12, ÇL-də isə 3-cü yeri tutan 4 ən yaxşı kollektiv səpələnmişlər səbətini təşkil edir. Avropa Liqasının qrup mərhələsində 2-ci yeri tutanlarla, ÇL-də 3-cü olan digər 4 komanda isə səpələnməmişlər səbətində qərarlaşıblar.Eyni qrupda yer alan və eyni milli assosiasiyanı təmsil edən komandalar bir-birilərinə rəqib ola bilməzlər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-biri ilə üz-üzə gələ bilməz. Eyni şəhərin iki komandasının eyni gündə oynamaması üçün Türkiyə təmsilçisi "Fənərbağça" ilk ev oyununu fevralın 12-də keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Eyni qaydada İspaniyanın "Sevilya" və İngiltərənin "Arsenal" komandaları cavab görüşlərini fevralın 20-də öz meydanlarında keçirəcəklər. Bu oyunların da start fiti saat 21:55-də çalınacaq.
Səpələnməmişlər 1/16 finalda cavab oyununu evdə keçirəcəklər.Səpələnmişlər“Arsenal” (İngiltərə)
“Bayer” (Almaniya)“Benfika” (Portuqaliya)
“Çelsi” (İngiltərə)“Dinamo” (Zaqreb, Xorvatiya)
“Dinamo” (Kiyev, Ukrayna)“Ayntraxt” (Almaniya)
“Genk” (Belçika)“İnter” (İtaliya)
“Napoli” (İtaliya)“Betis” (İspaniya)
“Zaltsburq” (Avstriya)“Sevilya” (İspaniya)
“Valensiya” (İspaniya)“Vilyarreal” (İspaniya)
“Zenit” (Rusiya)SəpələnməmişlərBATE (Belarus)
“Seltik” (Şotlandiya)“Brügge” (Belçika)
“Fənərbaxça” (Türkiyə)“Qalatasaray” (Türkiyə)
“Krasnodar” (Rusiya)“Latsio” (İtaliya)
“Malmö” (İsveç)“Olimpiakos” (Yunanıstan)
“Rapid” (Avstriya)“Renn” (Fransa)
“Sportinq” (Portuqaliya)“Şaxtyor” (Ukrayna)
“Slaviya” (Praqa, Çexiya)“Viktoriya” (Plzen, Çexiya)
“Sürix” (İsveçrə)Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Report