Ruhaninin kürəkəni istefa verdi - Təyinatından 2 gün sonra




İran prezidenti Həsən Ruhaninin kürəkəni Kambiz Mehdizadə geoloji kəşfiyyat idarəsinin direktoru vəzifəsindən istefa verib.

“Qafqazinfo”nun “France Press”ə istinadən məlumatına görə, Mehdizadə 2 gün əvvəl bu vəzifəyə təyin olnmuşdu. Sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən keçmiş direktor İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaniyə ünvanladığı istefa məktubunda yazıb: “Məni bu posta layiq bilib sizinlə birlikdə işləməyə dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Ancaq sizdən elmi və tədqiqat işlərimin davamı üçün istefamı qəbul etməyinizi xahiş edirəm”.

Qeyd edək ki, K.Mehdizadə neft mühəndisliyi sahəsində aspirantdır. Əvvəllər o, İranın Neft Nazirliyində məsləhətçi kimi çalışıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri