İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib.
LİVE.az xəbər verir ki, “Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” müsabiqəyə namizəd olan 10-dan çox məşhur gəncin adını artıq təqdim edib.
Müsabiqə iştirakçılar arasında “Səs Azərbaycan” mahnı müsabiqəsi ilə populyarlaşan simaları üstünlük təşkil edir.
Görünən odur ki, bu il möhtəşəm seçim turu təşkil olunacaq.
Xatırladaq ki, son illər Avroviziya təmsilçisinin seçimi qapalı keçirilirdi.
İştirakçıları sizə təqdim edirik:
“Səs Azərbaycan”ın finalisti, müğənni Samirə Əfəndiyeva
“Səs Azərbaycan” layihəsi ilə tanınan Vlada Axundova
“Səs Azərbaycan” müsabiqəsinin finalisti Hüseyn Abdullayev