Misirdə yeni hökumət and içib
- 17.07.2013, 01:13,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Misirdə Kamal Hazem Bəblavinin rəhbərlik etdiyi yeni nazirlər kabinetinin andiçmə mərasimi olub.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Hazem Bəblavi bir müddət əvvəl qeyd edib ki, nazirləri təyin edərkən o sonuncuların siyasi əqidəsindən çox “peşəkarlığın və əhali arasında etimadın olmasına” diqqət yetirəcək.
Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi iyulun əvvəlində ölkəni bürümüş irimiqyaslı etiraz aksiyaları fonunda hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılıb. Dövlətin müvəqqəti rəhbəri Konstitusiya məhkəməsinin sədri Ədli Mənsur təyin olunub.