Hindistanda zəhərlənmədən ölən şagirdlərin sayı 16-ya çatıb

Hindistanın şərqindəki Bihar ştatında məktəbdə düyü və lobyadan hazırlanan qidadan baş vermiş zəhərlənmə nəticəsində 16 məktəbli ölüb, 80 nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ştatın baş naziri Nitiş Kumar ölən məktəblilərin ailələrinə 200 min rupi (3,3 min dollar) təzminat veriləcəyini bəyan edib.

Masrakx kənd məktəbində baş verən faciənin səbəblərini araşdırmaq üçün hadisə yerinə məhkəmə ekspertləri cəlb olunub.

Pulsuz məktəb naharı dövlət proqramının bir hissəsi olaraq aztəminatlı ailələrə dəstək məqsədi ilə Hindistanın 29 ştatında tətbiq edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri